Tarix : 2023 Oct 27
Kod 64118

ABŞ-ın İrana təkrar mesajlarının təfərrüatları, məlumatlı mənbəyə istinadən

İndiyədək ABŞ-dan İran İslam Respublikasına ikidən çox mesaj, ABŞ və bəzi Qərb ölkələrindən onlarla mesaj regional müqavimət hərəkatlarına, xüsusilə də Livan Hizbullah Hərəkatına çatıb.
arannews:irna-bir neçə saat əvvəl ABŞ Prezidenti Co Bayden bu ölkənin göndərdiyi mesajlara işarə edərək İrana xitabən bildirib ki, əgər regionda amerikalılara qarşı hərəkətlər davam edərsə, bu ölkə reaksiya verəcək.
O deyib: “Mənim xəbərdarlığım Ayətullah üçündür. Əgər onlar bizim qüvvələrimizə qarşı hərəkətlərinə davam edərlərsə, biz reaksiya verəcəyik.”

ABŞ-ın ölkənin yüksək səviyyəli rəsmilərinə mesajı ilə bağlı fərziyyələrin artması ilə vitse-prezident Cəmşidi bildirib: “Amerikanın mesajları İnqilabın Ali Rəhbərinə ünvanlanmayıb, üstəlik İrandan bəzi xahişləri çərçivəsində olub.”

Bununla bağlı “İRNA” ABŞ-ın İrana son mesajlarının təfərrüatlarını öyrənmək üçün məlumatlı mənbəyə müraciət edib.

Amerika müharibənin ilk günlərində İrana və müqavimətə ilk mesajlarını göndərdi. İki həftə keçməsinə baxmayaraq, bu mesajlar hələ də göndərilir.

Məlumatlı mənbə deyib: “İndiyədək ABŞ-dan İrana iki mesajdan çox, ABŞ və bəzi Qərb ölkələrindən onlarla mesaj regiondakı müqavimətə, xüsusilə Livan Hizbullahına çatıb. Bu mesajlar iki əsas mövzu üzərindədir: birincisi, Amerika bu mesajlarda bölgədəki müharibəni genişləndirmək istəmədiyini iddia edir; ikincisi, Vaşinqton İrandan və regiondakı müqavimət qruplarından təmkin nümayiş etdirmələrini istəyir.”

O, İranın açıq-aydın mövqeyi ilə bağlı deyib: “İran İslam Respublikası elan edib ki, Amerika bir əli ilə İsrail rejiminə hərbi texnika göndərib, müharibənin idarə olunmasına komandanlıq edib, digər əli ilə siyasi mesaj verib, müharibənin genişlənməsinə qarşı çıxmasından danışa bilməz.”

Məlumatlı mənbə əlavə edib ki, İran həmçinin, bölgədəki müqavimət qruplarının müstəqil hərəkət etdiyini və verdikləri qərarlarla bağlı Tehranın əmrinə tabe olmadıqlarını açıq şəkildə bəyan edib.

Sonda məlumatlı mənbə deyib: “Müharibənin davam etməsi və Qəzza əhalisinin mühasirəyə alınması ilə bölgədə yeni cəbhələrin açılacağına işarələr var. Amerikalıların müharibənin genişlənməsini istəmədikləri iddiası doğrudursa, onda Qəzzə əhalisini qətliam etməyi dayandırmalı və bölgədəki müqavimət qruplarının hisləri və qırmızı xətləri ilə oynamaqdan əl çəkməlidirlər.”

 

  • Yazılıb
  • da (də) 2023 Oct 27
  • Göndərən رضا رستمی