İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Fələstin və İsrail arasında münaqişələrin artması və bu regional böhranın genişlənməsi ehtimalının ardınca beynəlxalq məsləhətləşmələr məqsədilə Nyu-Yorka səfər edib.
arannews:irna-Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan İran İslam Respublikasının regional və beynəlxalq məsləhətləşmələrinin davamı olaraq çərşənbə günü yerli vaxtla axşam saatlarında Nyu-Yorkun Con Kennedi hava limanına gəlib. Burada onu İranın BMT-dəki səfiri Əmir Səid İrvani və yüksək rütbəli diplomatları qarşılayıb.