Ermənistan və Azərbaycan Respublikasının baş nazirləri Gürcüstanın paytaxtı Tbilisidə görüşüb, son ikitərəfli və regional hadisələri nəzərdən keçiriblər.
arannews:irna-Trend xəbər agentliyinin İRNA-ya istinadən verdiyi məlumata görə, Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın paytaxtı Tbilisidə erməni həmkarı Nikol Paşinyanla görüşüb. Əsədov və Paşinyan cümə axşamı Tbilisidə keçirilən İpək Yolu Beynəlxalq Konfransında iştirak etmək üçün Gürcüstana səfər ediblər.
Trend xəbər agentliyinin bildirdiyinə görə, bir neçə saat davam edən bu görüşün təfərrüatları hələlik mətbuata açıqlanmayıb.