Tarix : 2023 Oct 28
Kod 64131

Ərdəbil imam cüməsi: Sionistlərin Qəzzada törətdikləri cinayətlər iddia edilən Holokostdan daha böyükdür

Vəliyyi-fəqihin Ərdəbil əyaləti üzrə nümayəndəsi və Ərdəbil imam cüməsi işğalçı və uşaq öldürən sionist rejimin dəhşətli cinayətlərinə toxunaraq deyib: “Holokostun əsl mənası fələstinlilərin öldürülməsidir və sionistlərin gündəlik cinayətləri hətta iddia edilən Holokostdan yüzlərlə dəfə böyükdür.”
arannews:irna-Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi 2 mindən çox uşağın həyatını itirdiyini, çoxlu sayda uşağın hələ də dağıntılar altında olduğunu bəyan edərək deyib: “Amerika və Avropa son iyirmi günün dəhşətli cinayətlərində bütün gücü ilə İsrailin arxasında dayanıb və öz dəstəkləri ilə onları daha çox cinayət törətməyə təşviq etdilər və bunu davam etdirirlər.”
Ayətullah Amili cümə namazı xütbələrində işğalçı sionist rejimin Azərbaycan Respublikasındakı səfirinin son iddialarına cavab olaraq deyib: “O, İsraili müdafiə etmək üçün verdiyi müsahibəsində daha çox lətifəyə bənzər yalanlar toxuyub. O, azərilərin simasını ləkələməyə çalışır və qeyrətli, bəsirətli azəri xalqı bu uydurmalara qəhrəmancasına cavab verməlidir.”

Xətib deyib: “İsrailin Azərbaycandakı səfiri deyib ki, HƏMAS soyqırım təşkilatıdır. Soyqırım həyata keçirməkdə dünyada birinci yerdə İsrailin adı qeyd olunub. İndi tarixi vətənlərini müdafiə edənlərə, ancaq hərbçilərlə vuruşanlara böhtan atırlar.”

 

  • Yazılıb
  • da (də) 2023 Oct 28
  • Göndərən رضا رستمی