Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi sionist rejimin Qəzzada yaşayış məntəqələri, xəstəxanalar və məktəblərə qarşı vəhşi hücumlarının güclənməsinə toxunaraq, dinc əhalinin öldürülməsinin beynəlxalq humanitar qanunlara zidd olduğu barədə xəbərdarlıq edib.
arannews:irna-Jozep Borrell şənbə günü X sosial şəbəkəsində yazıb: “Qəzzaya ağır hava hücumları davam etdiyi bir vaxtda bu bölgə tamamilə işıqsız və təcrid vəziyyətindədir.” O, vurğulayıb: “UNRWA (Fələstin Qaçqınlarına Yardım və Məşğulluq Agentliyi) elektrik enerjisi, qida və sudan məhrum olan Qəzza əhalisinin çıxılmaz vəziyyəti barədə xəbərdarlıq edib və çoxlu sayda mülki vətəndaş, o cümlədən uşaqlar həlak olub.”
Avropa İttifaqının xarici siyasət rəsmisi bu vəziyyətin beynəlxalq humanitar hüquqa zidd olduğunu bildirib.