Tarix : 2023 Oct 29
Kod 64136

General Ramzan Şərif: Bütün Amerika bazalarını nəzarətimizdədir

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü sionist rejim olan İsrail və onun havadarlarına xəbərdarlıq edərək deyib: Amerikanın bütün hərbi bazaları və onların uçuşları izləmədə və nəzarət altındadır.
 

 

arannews:irna-General Ramzan Şərif şənbə günü Əl-Məyadin kanalına müsahibəsində əlavə edib: Biz həmçinin Amerika raketlərinin sionist rejimə göndərilməsini izləyirik.
O əlavə edib: Qəzza zolağının bombalanması və vətəndaşların şəhid olması davam edərsə, bölgə partlaya bilər.

Şərif deyib: Sionist rejim tərəfdarları əmin olmalıdırlar ki, sionist rejimə çatmayan əllər bu müharibəni idarə edən Amerika qüvvələrinə çata bilər.

İslam İnqilabı Keşikçiləri Korpusunun sözçüsü bəyan edib: Başda rəsmi Vaşinqton olmaqla bu rejimin bütün tərəfdarları bilməlidirlər ki, fələstinlilərin öldürülməsinin davam etməsi müsəlmanların səbrinin bir anda tükənməsinə səbəb olacaq.

Şərif deyib: Vaşinqton sionist rejimin əsas dəstəkçisidir və bu rejimə hərbi sursat və dəhşətli bombalar çatdırmaq üçün hava körpüsü yaradıb.
  • Yazılıb
  • da (də) 2023 Oct 29
  • Göndərən رضا رستمی