Tarix : 2023 Oct 29
Kod 64139

General Səlami: İsrail və onun havadarları müvazinətini itirib

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı İsrailin Qəzzanın müdafiəsiz xalqına hücumuna toxunaraq deyib: Bu sərsəm reaksiyalar göstərir ki, onların davranışlarında heç bir məntiq yoxdur. Amerika, Fransa, Almaniya, İngiltərə və sionist rejim tamamilə müvazinətlərini itirib və sərgərdan gəzirlər.
arannews:irna-General Səlami əlavə edib: Sionist rejimi İslam ümmətinin yanında Amerika saxlayıb, əks halda İslamın bu coğrafi məkanında kiçik bir sionist xalqın olması hansı məntiqə uyğundur?

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı sözünə davam edib: Ali-dini Rəhbər Ayətullah Xameneinin ifadəsinə əsasən, hər gün yüksək səviyyəli bir avropalı və amerikalı məmur süni tənəffüs üçün bu torpağa gəlir və onlar düşünürlər ki, bu ağır məğlubiyyəti müdafiəsiz insanları bombardman etməklə kompensasiya edə bilərlər. Amma, bilməlidirlər ki, uşaqları öldürmək qələbə çalmaq deyil.

  • Yazılıb
  • da (də) 2023 Oct 29
  • Göndərən رضا رستمی