Tarix : 2023 Oct 29
Kod 64140

Ayətullah Rəisi: Sionist rejimin soyqırım maşınını İslam ölkələrinin vəhdəti dayandıracaq

- Prezident deyib: Bu gün Fələstin xalqının cinayət və soyqırım törədən sionist rejim olan İsrailin döyüş maşınının fəaliyyətinin davamını dayandırmaq üçün dünyanın təsirli dəstəyinə və xüsusilə İslam ölkələrinin birliyinə hər zamankından daha çox ehtiyacı var.
arannews:irna- Ayətullah Seyid İbrahim Rəisi Qətər əmiri Şeyx Təmim bin Həməd bin Xəlifə Ali-Sani ilə telefon danışığında məzlum Fələstin xalqına dəstək olmaq üçün praktikii yolları müzakirə edib.
Ayətullah Rəisi ABŞ başda olmaqla Qərb ölkələrinin sionist rejimə dəstəyini bu ölkələrin bu cinayətləri törətmələri üçün yaşıl işıq kimi şərh edib və əlavə edib: Bu gün Fələstin xalqının cinayət və soyqırım törədən sionist rejim olan İsrailin döyüş maşınının fəaliyyətinin davamını dayandırmaq üçün dünyanın təsirli dəstəyinə və xüsusilə İslam ölkələrinin birliyinə hər zamankından daha çox ehtiyacı var.

Qətər əmiri “Təmim bin Həməd bin Xəlifə Ali-Sani” də bu telefon danışığında bu gün Qəzzada baş verənləri Qərb ölkələrinin ikili və rüsvayçı siyasətlərinin sübutu kimi qiymətləndirib və qeyd edib: Region ölkələri və İslam ölkələri öz vəhdətləri ilə sionist rejimin döyüş maşınının qarşısını ala bilərlər.

Qətər əmiri ölkəsinin Fələstin xalqının öz müqəddəratını təyinetmə və özünümüdafiə hüquqlarını dəstəkləmək mövqeyini vurğulayaraq dedi: Sionist rejim bütün beynəlxalq qaydalar və humanitar çərçivələri pozub və heç bir cinayət törətməkdən çəkinmir.

​​​​​​
  • Yazılıb
  • da (də) 2023 Oct 29
  • Göndərən رضا رستمی