Tarix : 2023 Oct 29
Kod 64141

İran İslam Respublikasının prezidentindən Türkiyəyə TƏBRİK

İran İslam Respublikasının prezidenti mesajında ​​Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.
arannews:parstoday-İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi mesajında ​​Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü və Milli Bayram münasibətilə dövlət başçısını və ölkə xalqını təbrik edib.
Aran Radiosunun məlumatına görə, “Rəisi” Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü və Milli Bayram münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan və ölkə xalqını təbrik edən mesajında ​​ iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişafı və dərinləşməsinə ümidvar olduğunu bildirib.

Prezident bu mesajında ​​həmçinin qeyd edib: İran İslam Respublikası və Türkiyə Respublikasının əməkdaşlığı və qarşılıqlı təfəkkürü iki xalqa bərəkət və dəyərli bəhrələr, region və dünya ölkələrinin sülh, sabitlik və rifahı üçün faydalı olacaqdır.

 

  • Yazılıb
  • da (də) 2023 Oct 29
  • Göndərən رضا رستمی