İran İslam Respublikasının prezidenti mesajında Türkiyəni Milli Bayram münasibətilə təbrik edib.
arannews:parstoday-İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisi mesajında Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümü və Milli Bayram münasibətilə dövlət başçısını və ölkə xalqını təbrik edib.
Aran Radiosunun məlumatına görə, “Rəisi” Türkiyə Respublikasının yaranmasının 100-cü ildönümü və Milli Bayram münasibətilə prezident Rəcəb Tayyib Ərdoğan və ölkə xalqını təbrik edən mesajında iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin inkişafı və dərinləşməsinə ümidvar olduğunu bildirib.
Prezident bu mesajında həmçinin qeyd edib: İran İslam Respublikası və Türkiyə Respublikasının əməkdaşlığı və qarşılıqlı təfəkkürü iki xalqa bərəkət və dəyərli bəhrələr, region və dünya ölkələrinin sülh, sabitlik və rifahı üçün faydalı olacaqdır.