Tarix : 2023 Oct 30
Kod 64143

İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üç nəfərlik heyəti Rusiyaya səfər edib

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üç nəfərlik heyəti Rusiyaya səfər edib.
arannews:parstoday-İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasından müxtəlif nümayəndə heyətlərinin Qəzzada baş verən hadisələrlə bağlı parlamentin sədri “Məhəmməd Baqir Qalibaf”ın mesajını çatdırmaq üçün müxtəlif ölkələrə səfərinin davamında bu komissiyanın daha bir nümayəndə heyəti bu gün (bazar günü) Rusiyaya gedib.
“Vahid Cəlalzadə”, “Sara Fəllahi” və “Şəhriyar Heydəri” İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üç nəfərdən ibarət nümayəndə heyətini təşkil edir.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri parlamentin sədrinin mesajını Rusiya parlamentinin sədrinə çatdırmaqla yanaşı, bu ölkənin rəsmiləri ilə də görüşüb müzakirələr aparacaqlar.

Bundan əvvəl İran İslam Şurası Məclisindən başqa bir nümayəndə heyəti İraq və Livana səfər etmişdi.




 

  • Yazılıb
  • da (də) 2023 Oct 30
  • Göndərən رضا رستمی