Tarix : 2023 Oct 30
Kod 64144

İstanbulda "Böyük Fələstin Mitinqi" keçirilib

İstanbulun Atatürk Hava Limanında on minlərlə insan sonist İsrailin Qəzzadaki hərbi cinayətlərinə etiraz olaraq Fələstin xalqına dəstəyini nümayiş etdirib.
 

 

arannews:parstoday-28 oktyabrda  İstanbulun Atatürk Hava Limanında on minlərlə insan sionist İsrailin Qəzzadaki hərbi cinayətlərinə etiraz olaraq Fələstin xalqına dəstəyini nümayiş etdirib.
Bu Mitinqdə etirazçılar əllərində Türkiyə və Fələstin bayraqlarını tutaraq sionist İsrailə qarşı “Azad Fələstin” şüarları səsləndiriblər.

Mitinqdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib.

 Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb.

“Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. -deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əlavə edib.

Ərdoğan qeyd edib ki,“HƏMAS terror təşkilatı deyil, İsrail bundan çox narahatdır. Onsuz da başqa heç nə gözləmirdik. Bunu bildiyimiz üçün açıq şəkildə ifadə etdik.

Qeyd edək ki, Təl-Əviv ötən gün təhlükəsizlik baxımından sionist diplomatlarını Türkiyə səfirlikləri və konsulluqlarından çıxarıb.

 
  • Yazılıb
  • da (də) 2023 Oct 30
  • Göndərən رضا رستمی