Sionist rejimin Qəzza zolağının şimalına ağır hücumları ilə eyni vaxtda Fələstinin Səhiyyə Nazirliyi bu bölgədə şəhidlərin sayının artaraq 8 min nəfərdən çox olduğunu bildirib.
arannews:parstoday-Fələstinin Şahab Xəbər Agentliyinin məlumatına görə, bu gün Fələstin Səhiyyə Nazirliyi elan edib ki, Qəzzada şəhid olanların yarısı uşaq və qadınlardır.
Fələstin mediası sionist rejimin fosfor bombalarından istifadə edərək Qəzza zolağının şimalını bombaladığını elan edib.
Digər tərəfdən, Fələstin Qızıl Aypara Cəmiyyəti sionistlərin İordan çayının qərb sahilindəki Cenin şəhərinə hücumu ilə silahlı qarşıdurma zamanı bir fələstinlinin şəhid olduğunu, 12 nəfərin isə yaralandığını açıqlayıb.
Fələstinli gənclər və müqavimət döyüşçüləri sionist qüvvələrin İordan çayının qərb sahilində irəliləməsinin qarşısını almaq üçün “Beyt Rima”, “Həzma” və “Təmun” kimi müxtəlif bölgələrdə sionist qüvvələrlə toqquşdular.