İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei İslam ölkələrinə xitab edərək deyib: Sionist rejimə neft və ərzaq ixracının yolu bağlanmalıdır.
arannews:igna-İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei 13 aban (4 noyabr) Ümumdünya İmperializmlə Mübarizə Günü ərəfəsində universitet və orta məktəb tələbələrini qəbul edib.
Burada çıxış edən Ayətullah Xamenei ABŞ-ın İranla düşmənçiliyinə toxunaraq deyib: “Amerikalılar İran xalqına qarşı düşmənçiliklərini səfirlik məsələsi ilə əlaqələndirirlər. Deyirlər, ABŞ-ın İrana sanksiya tətbiq etməsinin, İrana pislik etməsinin, İranda qarışıqlıq yaratmasının, problem yaratmasının səbəbi iranlı tələbələrin gedib ABŞ səfirliyini ələ keçirməsidir; Bunu həm amerikalılar, həm də onların ölkə daxilindəki ardıcılları deyir; Bu, böyük yalandır”.
Ayətullah Xamenei Qəzzada baş verən proseslərə toxunaraq, “Meydan Qəzza və İsrailin meydanı deyil, doğru ilə batilin meydanıdır. Bu, imperializmin və inancın meydanıdır. Əlbəttə ki, imperialistin gücü hərbi zülmlə, bombardmanlarla və cinayətlə gəlir, lakin imanın gücü Allahın izni ilə bütün bunlara qalib gələcək.
Qəzzəlilərin öz səbrləri ilə bəşəriyyətin vicdanını oyatmağı bacardıqlarını bildirən Ayətullah Xamenei tələbələrə xitab edərək, Görün dünyada nələr baş verir; Qərb ölkələrində, İngiltərə, Fransa, İtaliya və ABŞ-ın müxtəlif ştatlarında insanlar böyük izdihamla küçələrə çıxaraq İsrail və ABŞ əleyhinə şüarlar səsləndirirlər. Onların nüfuzu getdi; Onların heç bir çarəsi yoxdur və özlərinə haqq qazandıra bilmirlər. Beləliklə, bir axmaq gəlir və İngiltərədə Fələstin xalqına dəstək nümayişlərinin İranın işi olduğunu söyləyir"
İnqilab Rəhbəri çıxışını belə davam etdirdi:
“İslam dövlətləri Qəzzada qətliamların dərhal dayandırılmasında israr etməlidir. Onlar Qəzzanın bombalanmasını dərhal dayandırmalı və sionist rejimə neft və ərzaq ixracının qarşısını almalıdırlar. İslam dövlətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməli və bütün beynəlxalq forumlarda uca səslə və çəkinmədən bu qətl və cinayətləri pisləməlidirlər”.
Sionist rejimin Əqsa tufanı əməliyyatında düzəlməz ağır zərbə aldığını bildirən Ayətullah Xamenei deyib: “Sionist rejim aldığı düzəlməz zərbədən şoka düşüb və əsirləri haqqında öz xalqına yalan danışır. Bunu əvvəllər də demişəm, indi də deyirəm. Sionist rejim getdikcə öz sözləri ilə göstərir ki, aldıqları zərbə düzəlməz bir zərbədir".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri bildirib: "Sionist rejim indi aciz və çaşqın vəziyyətdədir və öz xalqına yalan danışır. Onların əsirlərinin Fələstinlilərin əlində olmasından narahat olmaları da yalandır. Bu bombardmanlar öz əsirlərini də məhv edə bilər. Onlar çarəsiz olduqları üçün öz xalqlarına yalan danışırlar. Sionist rejim çaşqındır və nə edəcəyini bilmir. Əgər ABŞ-dan kömək olmasa, sionist rejim bir neçə gün ərzində mütləq iflic vəziyyətinə düşəcək”.