Tarix : 2023 Nov 03
Kod 64154

Fələstin, Livan və Yəmənin müqaviməti tərəfindən işğal olunmuş Fələstinə koordinasiya edilmiş raket hücumları

İzzəddin əl-Qəssam taborları (Həmasın hərbi qolu), Livan Hizbullahı və Yəmənin Ənsarullahı cümə axşamı günü axşam saatlarında Təl-Əviv də daxil olmaqla işğal altındakı Fələstinin müxtəlif bölgələrinə koordinasiya edilmiş raket hücumları ediblər.

 

arannews:irna-cümə axşamı günü axşam saatlarında işğal altında olan Eylat şəhərində bir neçə partlayış səsi eşidilib və ilkin xəbərlər Yəmən tərəfindən atılan raketlərə qarşılıq verilməsi barədədir.
Sionist rejimin media mənbələri bildiriblər ki, Fələstin müqaviməti, Livan və Yəmən koordinasiyalı hücumla işğal olunmuş Fələstinə hücum edib.

İvrit dilli KİV xəbər verir ki, Kiryat Şemona, Merqlit və Beyt-Halil yaşayış məntəqələrində həyəcan siqnalı çalınıb.

Bu raket hücumları ilə eyni vaxtda Səfad və Yuxarı Qalileyanın bəzi qəsəbələrində, işğal olunmuş Fələstinin mərkəzində və Təl-Əvivdə onlarla qəsəbə və şəhərdə həyəcan siqnalı çalınıb.
  • Yazılıb
  • da (də) 2023 Nov 03
  • Göndərən رضا رستمی