Bakı Ağır Cinayətlər Məhkəməsində həbs olunan növbəti üç Müsəlman Birliyi Hərəkatı üzvünə hökm oxunub.
arannews:parstoday- Hər bir hərəkat üzvü saxta narkotik ittihamı ilə mühakimə olunaraq məhkəmə önünə çıxarılıb. Vəkillər inanclılarla bağlı birmənalı bu fikirdədirlər ki, onların məhkəmə prossesi şahidlərdən sübutlara qədər heç bir hal öz təsdiqini tapmayıb. Lakin bununla belə sifarişli məhkəmə qərarı günahsız inanclıların həbsini rəsmiləşdirməklə israrlı olaraq ağır ittihamlara imza atmaqdadır. Beləcə məhkəmənin bu dəfəki qərarı ilə İsmayılov Etibar Rasim oğlu 9 il 9 ay, Rəşidov Telman Hüseyn oğlu 3 il 6 ay və Qasımov İlyas Tofiq oğlu 5 il müddətinə azadlıqdan məhrum edilib.
Müsəlman Birliyi Hərəkatı saxta ittihamları rədd edərək bütün günahsiz həbs olunanlara azadlıq tələb edir. Hərəkat, ölkənin köklü əsaslarına zərbə vuran günahsız insanların həbsini qətiyyətlə pisləyərək bütün bunların ölkənin gələcəyinə olan böyük inamın şübhə altına alaraq qanunsuzluq mühitinin formalaşması kimi qorxunc vəziyyətin yaradılmasına təəssüf etdiyini bildirib.