Tarix : 2023 Nov 03
Kod 64157

Qəzzada xərçəng xəstələri üçün yeganə xəstəxana bağlanıb

Qəzza səhiyyə orqanları, Qəzzada xərçəng xəstələri üçün yeganə xəstəxananın yanacaq tükənməsi səbəbindən bağlandığını bildirib.
arannews:parstoday-“Türkiyə-Fələstin Dostluq Xəstəxanası”nın müdiri mətbuat konfransında deyib: Əsasən xərçəng xəstələrini müalicə edən bu xəstəxananın yanacağı tükənib və hazırda fəaliyyət göstərmir.
Fələstinin Səhiyyə Nazirliyi Qəzza zolağında sionist rejimin bu əraziyə hücumlarının minlərlə şəhidinin cənazəsinin hələ də dağıntılar altında qaldığını və hazırda oonların çıxarılmasının mümkün olmadığını bildiorib.

Nazirliyin sözçüsü xalqdan yaralıların və xəstələrin həyatını xilas etmək üçün əllərində olan yanacaqları Şefa Tibb Kompleksinə və İndoneziya Xəstəxanasına gətirmələrini xahiş edib.

“Sərhədsiz Həkimlər” təşkilatının rəhbəri bu təşkilatın tibb qruplarının daha çox yardıma ehtiyacına işarə edərək, sionist rejimdən Qəzza zolağı xəstəxanalarına hücumlardan çəkinməyi tələb edib.

Fələstinin Səhiyyə Nazirliyi bu iki tibb mərkəzində elektrik generatorlarının bağlanmasına cəmi bir neçə saat qaldığını bildirib və vurğulayıb: İnkubatorda olan 42 uşağı, 62 yaralı və süni tənəffüs aparatında olan xəstələri və böyrək çatışmazlığı olan 650 xəstəni xilas etmək üçün yanacağa ehtiyacımız var.

Fələstinin Səhiyyə Nazirliyi sionist rejimə qarşı Əl-Əqsa tufanı əməliyyatının 27-ci günü və bu rejimin Qəzza zolağı xalqına qarşı davamlı hücumları ilə bağlı bildirib ki, İndiyədək bu müharibədə şəhid olanların sayı 3 min 648-i uşaq, 2 min 290-ı qadın olmaqla 8 min 805 nəfərə, yaralananların sayı isə 22 min 240 nəfərə çatıb.

 

  • Yazılıb
  • da (də) 2023 Nov 03
  • Göndərən رضا رستمی