arannews:parstoday-Fələstin KİV-ləri bildiriblər ki, İsrail qırıcıları cümə günü axşam saatlarında Qəzzadakı Əş-Şifa xəstəxanasının girişini bombalayıb. hücum nəticəsində 60 nəfər şəhid olub və yaralanıb. xəstəxananın direktoru Məhəmməd Əbu Səlimə deyib: “Bu bombardmanda çoxlu sayda tibb işçisi və xilasedicilər də şəhid olub.”
Qəzzanın Səhiyyə Nazirliyi bildirib k, sionist rejimin hücumları nəticəsində 3826-si uşaq, 2405-si qadın olmaqla 9 mindən çox fələstinli şəhid olub, 23 mindən çoxu yaralanıb, bu bölgə əhalisinin 50%-dən çoxunu təşkil edən 1 milyon 400 min Qəzza sakini öz ev-eşiyindən didərgin düşüb.