İranın Xarici İşlər naziri və HƏMAS-ın Siyasi Ofisinin rəhbəri telefonla Qəzzadakı son hadisələri müzakirə ediblər.
arannews:irna-İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “HƏMAS Siyasi Ofisinin rəhbəri cənab Şeyx İsmayıl Həniyyə ilə bu axşam (cümə axşamı) telefon danışığında Qəzza və Fələstindəki İordan çayının qərb sahilindəki son hadisələr haqqında danışdıq və fikir mübadiləsi apardıq.”