Sionist rejim onilliklər ərzində öz iqtisadiyyatını yüksək texnologiyalı sənayelər, xüsusilə də kiber sənaye əsasında inkişaf etdirib.
arannews:irna-Oktyabrın 7-də İsraillə müqavimət qüvvələri arasında başlayan müharibə israillilərə çox baha başa gələcək. İsrail ordusu adətən çox qiymətli olan qabaqcıl texnikadan istifadə edir.
İsrailin hava hücumundan müdafiə sistemi təhlükəsizlik aparatının və rejimin çiyninə böyük xərclər qoyub. Təkcə Dəmir qübbə hava hücumundan müdafiə sistemi müharibənin ilk üç həftəsində Tamir tutma raketlərinə 500 milyon dollar xərclədi. Buna əməliyyat fəaliyyətinin heyrətamiz xərclərini də əlavə etməliyik.
Əl-Əqsa Tufanı əməliyyatının baş verməsi sionist rejimin xərclərini xeyli artırdı. Ehtiyat qüvvələrin geniş şəkildə çağırılması ilə əlaqədar bu qüvvələrin maaşını rejim ödəməlidir. Həmçinin, 250.000-dən çox israillinin Qəzza sərhədi ətrafından, eləcə də şimal sərhədlərindən daha mərkəzi bölgələrə məcburi təxliyəsi bu köçürülmə xərclərinin rejimin üzərinə qoyulmasına səbəb olub.
1973-cü ildə Yom Kippur müharibəsindən sonra İsraildə ilk dəfədir ki, ehtiyat qüvvələrin 8-ci maddəyə əsasən xidmətə çağırılması həyata keçirilir. 8-ci maddə ehtiyat qüvvələrin çağırış növüdür ki, burada bütün ehtiyat qüvvələrin maksimum 24 saat ərzində özünü orduya təqdim etməsi və qeyri-müəyyən müddətə orduda qalması tələb olunur.
Ordu indiyədək ehtiyat qüvvələrdən 360 mindən çox adamı çağırıb və bu rəqəm sionist rejim iqtisadiyyatındakı ümumi işçi qüvvəsinin 8%dən çoxunu təşkil edir.
Bütün amillər onu göstərir ki, Əl-Əqsa Tufanı şiddətli təhlükəsizlik və hərbi zərbələrlə yanaşı, sionist rejimin iqtisadiyyatına da zərbə vurub. Növbəti ildə sionist rejimin büdcə kəsirinin üç dəfə artacağı təxmin edilir.