Türk Dövlətləri Təşkilatı son iclasında Qəzzada gərginlik və qarşıdurmaların davam etməsini pisləyərək, hər iki tərəfin problemlərinin həlli üçün danışıqlara və BMT qətnamələri əsasında Fələstin dövlətinin yaradılmasına çağırıb.
arannews:irna-bu həftə Səmərqənddə keçirilən bu görüşdə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkəsinin Fələstinə bir milyon dollar dəyərində humanitar yardım göndərəcəyini açıqlayaraq deyib: “Bu gün Qəzza zolağında mülki əhali, xüsusilə uşaqlar və qocalar müharibənin qurbanına çevrilib. Əsas vəzifə onların təhlükəsizliyini təmin etməkdir. Bununla əlaqədar mən Fələstin xalqına bir milyon dollar məbləğində humanitar yardım göstərmək qərarına gəldim.” Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də TDT-dəki çıxışını Fələstin-İsrail münaqişəsi məsələsinə həsr edib.
O deyib: “Bu problemin yeganə və ən ədalətli həlli “iki millətə iki hökumət” prinsipinə əsaslanmalıdır. BMT qətnamələrində müəyyən edildiyi kimi Fələstin xalqının müstəqil dövlət qurmaq hüququ var.”
Özbəkistan Prezidenti əlavə edib: “Təşkilatımız çərçivəsində bu sahədə vahid və prinsipial mövqelərimizi bütün dünyaya bəyan etməliyik.”