Tarix : 2023 Nov 05
Kod 64168

Azərbaycandan xunta rejimi ilə bazarlığa son qoyması tələb olunur

İslam dünyasının fəal qadınlarının konfransı bəyanat yayaraq Qəzzədə yaşanan acınacaqlı vəziyyətlə əlaqədar Azərbaycan hakimiyyətini sərt şəkildə tənqid edib.
arannews:parstoday-Bəyanatda deyilir:

“Sionist İsrail rejimi hər kəsin gözü qarşısında qeyri-insani cinayətlər törədir. Terror rejiminin Qəzzə zolağına endirdiyi hava zərbələri nəticəsində 2300-dən çox uşaq şəhid olub, 5300-dən çox uşaq isə yaralanıb. Bu hücumlar nəticəsində 33 məscid, minlərlə yaşayış binası, onlarla xəstəxana və digər zəruri tikililər dağıdılıb. Bununla kifayətlənməyən sionist rejim Qəzzə zolağında işıq, qaz və suyu kəsib.

Hazırda Qəzza əhalisi arasında kəskin içməli su qıtlığı yaşanır və işıq olmadığından yaralılar xəstəxanada narkozsuz əməliyyat olunurlar. Dağıntılar altında qalan insanların xilas edilməsinə ciddi maneələr olduğundan yaralananlar anında dünyasını dəyişir.

  • Yazılıb
  • da (də) 2023 Nov 05
  • Göndərən رضا رستمی