Tarix : 2023 Nov 05
Kod 64170

Ciddi narahatlıq var ki, bu gün də Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları var. Mirzoyan

Həll prosesi gedir, bəzən elə gəlir ki, həll yoluna yaxınlaşırıq, bəzən isə yeni maneələrin yarandığını görürük”, - Mirzoyan bildirib.
arannews:parstoday-Bu gün Ermənistanda ciddi narahatlıq var ki, Azərbaycanın hələ də ambisiyaları və ərazi iddiaları var.
“Armenpress”in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir iddia edib ki, son üç il ərzində Azərbaycan bir neçə dəfə Ermənistan Respublikasının suveren ərazisini işğal edib.

“Təəssüf ki, bu gün də qonşu dövlətlərin, xüsusən də Azərbaycanın Ermənistana qarşı hələ də ambisiyaları və ərazi iddialarının olması ilə bağlı ciddi narahatlıqlar var. Həmçinin, məsələn, regional infrastrukturlara gəldikdə, ER suverenliyi ilə bağlı müəyyən qeyd-şərtlər var. Deməli, o narahatlıqlar bu gün də mövcuddur”, - deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, onlar da Azərbaycanla sərhəd problemlərinin həlli üzərində işləyirlər, lakin hələlik dəqiq həlli yoxdur.

Həll prosesi  gedir, bəzən elə gəlir ki, həll yoluna yaxınlaşırıq, bəzən isə yeni maneələrin yarandığını görürük”, - Mirzoyan bildirib.

Almaniyanın xarici işlər naziri dünən yüksək rütbəli nümayəndə heyətinin başında Ermənistana səfər edib.

Qeyd edək , almaniyalı nazir bu gün Azərbaycana yola düşərək Bakıda XİN rəhbəri Ceyhun Bayramovla danışıqlar aparacaq.

 

  • Yazılıb
  • da (də) 2023 Nov 05
  • Göndərən رضا رستمی