Tunis prezidenti sionist İsrail rejimi ilə münasibətlərin normallaşmayacağını vurğulayıb.
arannews:parstoday-Qeys Səid bu barədə deyib: “Mənim lüğətimdə İsraillə münasibətlərin normallaşması yoxdur. Tunisin normallaşmaya qarşı münasibəti sabitdir. Belə ki, parlamentdə İsraillə normallaşmanı cinayət hesab edən qanun layihəsi dəyişməyib. Əgər dəyişsəydi, bu, Fələstin xalqına qarşı xəyanət olardı”. Qeyd edək ki, İslam ölkələri başçılarının işğalçı rejimlə normallaşma mərhələsində olan münasibətləri tormozlanıb və İsrail rejimi ilə Səudiyyə Ərəbistanı arasında qurulan gizli münasibətlərin rəsmiləşdirilməsi də arxa plana keçmişdir. Bu səbəbdən dünya xalqları arasında müqavimətə dəstəyin genişlənməsi ilə ərəb və müsəlman ölkələrində bu məsələni qaldırmaq imkanı olmayacaq.