Honduras Qəzzə zolağında humanitar qanunları pozduğuna görə İsraildən səfirini geri çağırıb.
arannews:parstoday-Bu barədə Honduras Xarici İşlər Nazirliyi məlumat verib. Qeyd edək ki, bundan əvvəl Boliviya, Kolumbiya, Çili, İordaniya və Bəhreyn öz səfirlərini İsraildən geri çağırıb.
Maraqlıdır ki, Azərbaycan Respublikası işğalçı rejimlə diplomatik əlaqəsi olan azsaylı müsəlman ölkəsidir və bu rejimlə münasibətlərini qoruyub saxlamaqda israrlıdır.
Rəsmi Bakının bu hərəkəti, eyni zamanda işğalçı rejimin hərb maşınını yanacaqla təmin etməsi dünya müsəlmanlarını, eləcə də ölkənin müsəlman əhalisini qəzəbləndirib.
Xatırladaq ki, Azərbaycan Respublikası qatil rejimin neftə olan tələbatının 67 faizi Türkiyənin Ceyhan limanı vasitəsilə təmin edir.