Tarix : 2023 Nov 05
Kod 64173

Təbrizdə 13 Aban Yürüşü Qəzzaya dəstək rəngi alıb

Hər işdə fəal olan təbrizlilər sionist rejimin Qəzzaya vəhşicəsinə hücumlarına öz nifrətlərini nümayiş etdirmək üçün 13 Aban günü bütün ölkə xalqı ilə birlikdə bu il əvvəlki illərdən daha möhtəşəm şəkildə zorakılıq əleyhinə yürüşdə iştirak etdilər.
arannews:Aran News-in məlumatına görə, yürüş iştirakçıları müəyyən olunmuş səkkiz yol ilə Təbriz Müsəllasına doğru hərəkət edirdilər və Müsəlla meydanına qədər olan yollarda iştirakçıların izdihamı diqqəti çəkirdi.
Qəhrəman Təbriz camaatı, qoca-cavan, kişi-qadın, uşaq-gənc, hamısı bir ürək, bir dillə ümumdünya zorakılığa qarşı kükrədilər. Amma bu il xalqın kükrəməsi Fələstin və Qəzzaya dəstək rəngi almışdı.
Yürüş iştirakçıları “Fələstin, Fələstin qələbən yaxındır, İsrail, İsrail məhvin yaxındır”, “Qəzzədən Təl-Əvivə qədər qələbə HƏMAS-ladır, düşmən qorxudadır”, “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Uşaq öldürmək hünər deyil, Qəzza məgər insan deyil?”, “İsrail köksüzdür, Qəzza təslim olmayacaq”, “Heydər Heydər” kimi şüarlar səsləndirirdilər.
İlahilərin oxunması, məzlum Fələstin xalqına dəstək üçün müxtəlif idarə otaqlarının qurulması, körpələrini özləri ilə gətirən anaların və əlil arabasında gələn insanların iştirakı yürüşün digər diqqətçəkən məqamı idi.
İctimai təşkilatların, qeyri-hökumət təşkilatlarının, sənət adamlarının, idmançıların iştirakı və Amerika bayrağının yandırılması Təbrizdə bu gün keçirilən 13 Aban yürüşünün diqqətçəkən digər məqamları idi.
Vəliyyi-fəqihin nümayəndəsi, Şərqi Azərbaycan valisi, Aşura Korpusunun komandiri, əyalətin digər rəsmiləri və İslami Şura Məclisinin Milli Təhlükəsizlik Komissiyası sədrinin zorakılıq cinayətləri pisləmək, xüsusilə də məzlum Qəzzə xalqına dəstək vermək üçün Təbrizin mömin xalqı ilə birlikdə iştirakı, yürüş iştirakçılarının həmrəyliyini dünyaya nümayiş etdirdi.
Bu il “İdeal Nəsillə Yeni Dünya Nizamı” şüarı ilə keçirilən “Ümumdünya Zorakılıqla Mübarizə Milli Günü” yürüşü bu gün Təbrizlə eyni vaxtda Şərqi Azərbaycan vilayətinin digər bölgələrində də keçirildi.
Soyuq payız yağışı altında bu səhnəni seyr edən şagirdlərin göz yaşları süzülürdü. Çünki təbrizli bir qrup qız BMT Baş Assambleyasının böyük bir şəklinin qarşısında qan içində və kəfənlənmiş fələstinli uşaqların simvolik cəsədlərini qucaqlarına alaraq, ən böyük açıq hava zindanında olan bu insanların məzlumluğunu heç bir söz demədən nümayiş etdirmək istəyirdilər. Bu səhnə Təbrizdə keçirilən builki 13 Aban yürüşünün ən saf və riyasız səhnələrindən biri idi.
13 Aban Şagird Günü, eləcə də Ümumdünya Zorakılıqla Mübarizə Milli Günü üç tarixi dövrdə üç mühüm hadisə ilə əlaqədar olaraq şagirdlərin və geniş ictimaiyyətin yaddaşında qalıb: 1343-cü ildə həzrət İmam Xomeyninin (r) Türkiyəyə sürgün edilməsi, 1357-ci ildə şagirdlərin vəhşicəsinə öldürülməsi və 1358-ci ildə casus yuvasının fəth edilməsi.
 














  • Yazılıb
  • da (də) 2023 Nov 05
  • Göndərən رضا رستمی