Prezident Norveçin Baş naziri ilə telefon danışığında HƏMAS-ı Qəzzanın qanuni hökuməti və onunla müharibəni demokratiya ilə müharibə adlandıraraq deyib: “10 min fələstinlinin öldürülməsi Amerikanın sionist rejimə genişmiqyaslı yardımının nəticəsi, insanlıq əleyhinə cinayətlərin və soyqırımın bariz nümunəsidir və bu, cəzasız qalmamalıdır.”
arannews:irna-Ayətullah Seyid İbrahim Rəisi şənbə günü axşam saatlarında Norveçin Baş naziri Yonas Qahr Storin telefon zənginə cavab verərkən, bu ölkənin Qəzzada müharibənin və mülki insanların öldürülməsinin ən qısa zamanda dayandırılmasında mövqeyini alqışlayaraq, mühasirəni aradan qaldırmaq və bu bölgəyə təcili yardım göstərmək üçün beynəlxalq səylərin zəruriliyini vurğulayıb. Prezident həmçinin Norveç Ədliyyə Nazirliyinin Qəzzada hərbi cinayətlərin araşdırılmasına hazır olmasını alqışlayıb və ölkəmizin bu sahədə əməkdaşlığa hazır olduğunu bəyan edərək bildirib ki, sionist rejimin hərbi cinayətləri və Amerikanın bu cinayətlərə dəstəyi cəzasız qalmamalıdır.
HƏMAS-ın Qəzzanın seçilmiş və qanuni hökuməti olduğunu qeyd edən Prezident deyib: “HƏMAS-la müharibə demokratiya ilə müharibədir.”
Norveçin Baş naziri Yonas Qahr Stor da bu telefon danışığında dünyanın bu gün mürəkkəb və çətin vəziyyətdə olduğunu bildirərək deyib: “Norveç İran İslam Respublikasının regiondakı mühüm və təsirli rolunu bilir, gərginliyə nəzarət sahəsindəki səylərinizi təqdir etməklə yanaşı, Fələstin böhranını həll etmək məqsədilə yeni həll yolları tapmaq üçün İranla qarşılıqlı əlaqə qurmaq istəyir.”