İşğal olunmuş Fələstində etirazçılar Baş nazir Benyamin Netanyahunun mənzilinin qarşısına toplaşaraq istefasını tələb ediblər. Bu barədə “Tayms of İsrail” məlumat yayıb.
arannews:parstoday-Məlumata görə, buna səbəb sionist rejimin HƏMAS-ın oktyabrın 7-də işğal olunmuş ərazilərə hücumundan xəbərsiz olması və bunu önləyə bilməməsidir. Etirazçılar qəsbkar İsrail rejiminin milli təhlükəsizliyində problem olduğunu bildiriblər. Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın 7 oktyabrda işğal olunmuş ərazilərə hücumu sionist rejimi içəridən sarsıtmışdır. Beləki artıq işğal olunmuş ərazilərə gətirilən yəhudi mühacirlərə əlavə geniş imtiyazlar təklif olunsa da onlar rejimin təhlükəsizliyi təmin edə bilməməsinə görə Fələstin ərazilərini tərk etməyə üstünlük verirlər. Baxmayaraq ki, fərari sionist qəsəbə sakinləri qayıtdıqları ölkələrdə də qəbul olunmurlar. 29 oktyabrda Rusiyanın Mahaçkala hava limanında sionistləri daşıyan təyyarənin ölkəyə girişinə qarşı etiraz aksiyası bunun əyani nümunəsi idi.
Məhz buna görə də Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah noyabrın 3-də etdiyi çıxışında HƏMAS-ın işğalçılara qarşı 7 oktyabr Əl-Əqsa tufanı əməliyyatının böyük regional strateji nəticələrə gətirib çıxardığını bildirdi:
“Bu əməliyyat sionist rejim üçün təhlükəsizlik,hərbi,siyasi,psixoloji zəlzələ effektini verdi.Artıq sionist rejim bu əməliyyatın nəticələrini dəyişdirə bilməyəcək”,- Livan Hizbullahının baş katibi bildirib.
Siyasi analitiklərə görə, artıq sionist rejim dünyanın müxtəlif ölkələrindən işğal etdiyi Fələstin ərazilərinə cəmləşdirdiyi yəhudilərin təhlükəsizliyini təmin edə bilmədiyinə görə, bu ərazilərdən əks mühacirət genişlənəcək və bu da qanun iəraziyə malik olmayan saxta qəsbkar sionist rejimin xalq yaratma cəhdlərini də puça çıxaracaq.