Tarix : 2023 Nov 06
Kod 64176

Qərbin “insan haqları” adlı dokokl qılıncı

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-də Azərbaycana səfəri zamanı ölkənin vətəndaş cəmiyyətinin nümayəndələri ilə mühüm müzakirə aparıb.
arannews:parstoday-Görüşdə Azərbaycanda insan hüquqlarının vəziyyəti, fəallara qarşı repressiyalar, siyasi motivli məhkəmə təqibi, KİV azadlığının statusu, hökumətin vətəndaş cəmiyyətinə və İnsan Haqları Təşkilatlarına təzyiqi də daxil olmaqla bir çox mühüm məsələlərə toxunulub.
Turan xəbər agentliyinin verdiyi məlumatda deyilir ki, müzakirələr Almaniyadan deportasiya edilmiş və sonradan Azərbaycanda əsassız kimi qəbul edilən ittihamlarla saxlanılan fəalların işlərinə də aid edilib.

Görüşdə həmçinin hüquq məsələləri üzrə ekspertlər Zibeyd Sadıqova və Elçin Sadıqov, həmçinin Almaniyanın Azərbaycandakı səfiri Ralf Xorlemann eləcə də Alman mediasının nümayəndələri iştirak ediblər.

Almaniyanın digər Avropa ölkələri kimi insan haqları mövzusunda öz dominantlığını qəbul etdirməkdəki təkəbbürü və buna Rəsmi Bakının təslim olması göstərir ki, qərb dövlətləri hələ bundan sonra da rəsmi Bakıya qarşı “insan hüquqları” adlı domokl qılıncından istifadə edəcəklər və bu təzyiq vasitəsindən öz istəklərinə nail olmaq üçün faydalanacaqlar.  

1 milyon Azərbaycan Respublikası insanının 30 il davam edən işğal nəticəsində didərgin həyatı yaşaması, öz doğma yurdundan güc tətbiq edilərək qovulması, ən ilkin insan haqlarından məhrum edilməsi, azərbaycanlı qadın və uşaqlar da daxil minlərlə mülki insanının separatizm və irqçilik qurbanı olması, bir dəfə də olsun Qərb dövlətlərinin diqqətini çəkməyib.

Elə Annalena Berboka Bakıda qaçqın və məcburi köçkünlərlə görüş üçün təklif verilsə də, onun, bu görüşdən imtina etməsi sözü gedən reallığın növbəti sübutudur.

Bu həqiqət göz önündə ikən Avropa ölkələrinin Azərbaycanda “insan haqları” barədə nigarançılıqları heç vaxt birnmənalı qarşılanmır.

Maraqlıdır ki, həmin hegemonçu qərb dövlətləri öz bəyanatlarında da həqiqi məqsədlərini açıq-aşkar qeyd edirlər.

“Bu görüş insan hüquqları, regional münaqişələr və vətəndaş azadlıqlarının qorunması da daxil olmaqla mürəkkəb və həssas məsələlərin həllində diplomatiyanın oynadığı mühüm rolu xatırladır”,- Almaniya tərəfinin bəyanatında deyilir. Bu isə o deməkdir ki, Almaniya timsalında Avropaya görə, onların “həssas və mürəkkəb” mənafeyinin təmin olunması  üçün hərhansı müzakirəyə Azərbaycandakı “insan haqları” boşluğu da daxildir. Bu boşluq qabardıla da bilər, ona göz yumula da bilər. Bütün bunlar isə “həssas və mürəkkəb” məsələlərin rəsmi Bakı tərəfindən necə yoluna qoyulmasından asılıdır.

 

  • Yazılıb
  • da (də) 2023 Nov 06
  • Göndərən رضا رستمی