Fələstin İslami Müqavimət Hərəkatı- Həmas-ın siyasi bürosunun sədri və onu müşayiət edən nümayəndə heyəti İslam İnqilabının Böyük Rəhbəri- Həzrət Ayətullahuluzma Xamenei ilə görüşüblər.
arannews:parstoday-Həmas-ın siyasi bürosunun sədri- İsmayıl Həniyyə bu görüşdə son Qəzza hadisələri, sionist rejimin Qəzzadakı cinayətləri, həmçinin İordan çayının qərb sahilində baş verən hadisələr barədə məlumat verib. İslam İnqilabının Böyük Rəhbəri də bu görüşdə bir daha Qəzzənin dayanıqlı əhalisinin müqaviməti və səbrini yüksək dəyərləndiriblər.
Bəzi Qərb ölkələri və Amerikanın birbaşa dəstəkləri ilə həyata keçən sionist rejimin cinayətlərindən son dərəcə təəssüf ifadə edən İnqilab Rəhbəri İran İslam Respublikasının sionist işğalçılar qarşısında Fələstin müqavimət qüvvələrini himayə istiqamətindəki həmişəki siyasətinə təkid ediblər.
Həzrət Ayətullahuluzma Xamenei həmçinin islami ölkələrin və beynəlxalq təşkilatların ciddi hərəkəti,/ həmçinin islami dövlətlərin Qəzza əhalisinə hərtərəfli və real dəstək vermələri zərurətini vurğulayıblar.