Fələstinin Səhiyyə Nazirliyi bu gün günortadan sonra elan edib ki, sionist rejimin oktyabrın 7-dən Qəzza zolağına hücumları nəticəsində şəhid olanların sayı 10022 nəfərə çatıb.
Nazirlik bildirib: “Ötən saatlarda sionist rejim ordusu birbaşa olaraq Psixiatriya və Oftalmologiya Xəstəxanasına və Əl-Rantisi Xəstəxanasına hücum edib.”
Bu açıqlamaya əsasən, sionist rejim ordusu son saatlarda 19 qətliam törədib və bunun nəticəsində 292 nəfər şəhid olub.
Fələstin Səhiyyə Nazirliyi şəhidlərin 4104-nün uşaq olduğunu bildirib.
Bu nazirliyin açıqlamasına görə, yaralıların sayı 25 minə çatıb.