Tarix : 2023 Nov 07
Kod 64181

Sionist analitiklər: HƏMAS təşəbbüskarlığa malikdir - Ölümcül partlayıcı tələlər

Sionist rejimin hərbi analitikləri HƏMAS-ın Qəzzada quru döyüşündəki təşəbbüsünü etiraf etməklə yanaşı, müqavimət qüvvələrinin sionist qüvvələrə qarşı çoxqatlı müdafiəsini də açıqlayıblar.
arannews:irna-Rəy əl-Yəvm Qəzzada quru müharibəsinin inkişafı ilə bağlı yazısında deyib: İvrit dilli “Yant” saytının hərbi məsələlər üzrə analitik olan “Ron Ben Yeşai” etiraf edib ki, araşdırma və əldə edilən məruzələrə əsasən, HƏMAS çox qatlı müdafiə xətlərinə malikdir.

Döyüş bölgələrini ziyarət edən bu israilli analitik etiraf edib ki, “İsrail hərbiçiləri çox yavaş və ehtiyatla hərəkət edirlər; özü də güclü hava və quru atəşi ilə dəstəkləndikləri halda”.

Digər tərəfdən sionist media olan Haaretz-in analitiki Amos Hariel deyib: İsrail ordusu ilə HƏMAS arasında gedən döyüşün böyük bir hissəsində təşəbbüs HƏMAS-dadır. Düzdür, zirehli bölmə təhlükə hiss edən kimi Hərbi Hava Qüvvələrindən yardım alır, lakin bu, İsrail hərbçilərinin ağır itkilərinə səbəb olur.

  • Yazılıb
  • da (də) 2023 Nov 07
  • Göndərən رضا رستمی