Tarix : 2023 Nov 07
Kod 64183

Müəzzəm Rəhbər ABŞ və sionist rejimə siyasi təzyiqlərin artırılmasını vurğulayıb

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Qəzzə xalqına qarşı törədilmiş qətliamın dayandırılması üçün İslam dünyasının Amerika və sionist rejimə qarşı siyasi təzyiqlərin artırılmasını vurğulayaraq buyurublar ki, İraq regionun mühüm ölkəsi kimi bu məsələdə xüsusi rol oynayaraq, Ərəb və İslam dünyası miqyasında yeni bir istiqamət xəttini yarada bilər.
arannews:parstoday-İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullahul Uzma Xamenei bazar ertəsi İraqın baş naziri Məhəmməd Şiya əs-Soudani və onu müşayiət edən nümayəndə heyətini qəbul edib. O həzrət, keçirilmiş bu görüşdə İraq hökuməti və xalqının bütün azadlıqsevər insanların qəlbini dağlayan Qəzzədəki acınacaqlı hadisələrə və törədilmiş vəhşiliklərə dəstək durmaqda olduqca müsbət və güclü mövqe sərgilədiyini yüksək qiymətləndirərək bildiriblər ki, sionist rejimin hücumlarının elə ilk günlərindən bütün göstəricilər ABŞ-ın bilavasitə müharibəni idarə etdiyinə əsas verirdi. Müharibədən zaman keçdikcə sionist rejimin cinayətlərini yönləndirməkdə ABŞ-ın birbaşa rolunun əsas səbəbləri daha da qəti və dəqiq görünür.
ABŞ-dan heç bir hərbi və siyasi yardım olmayacağı surətdə sionist rejimin öz işlərini heç də davam edə bilməyəcəyini bildirən İslam İnqilabının Ali Məqamlı Rəhbəri buyurublar ki, ABŞ sözün əsl mənasında Qəzzdəki törədilmiş cinayətlərdə sionistlərin şərikidir.

O, həzərət daha sonra vurğulayıblar ki, Qəzzədə həyata keçirilən bütün qətliamlara baxmayaraq, sionist rejim bu məsələdə indiyə qədər məğlubiyyətlə üzləşib, çünki bu rejim itirdiyi nüfuzunu hələ də bərpa edə bilməyib və gələcəkdə də bunu edə bilməyəcək.

Həzrət Ayətullahul Uzma Xamenei Qəzzədə bombardmanların dayandırılması üçün Amerika və sionist rejimə qarşı siyasi təzyiqlərin artırılması üçün hərtərəfli birgə səylərin vacibliyini diqqətə çardıraraq buyurublar ki, İran İslam Respublikası və İraq bu sahədə birgə fəaliyyət göstərərək müstəsna rol və təsir qoya bilər.

Görüşdə İnqilab Rəhbəri həmçinin İran və İraqın iqtisadi və təhlükəsizlik sahələrində qarşılıqlı əməkdaşlığına toxunaraq buyurublar ki, əldə edilmiş ikitərəfli tam razılaşma əsasında bütün işlər ardıcıl olaraq davam etdirilməli və bunun üçün olduqca diqqətli olmalı və ləngiməmək lazımdır.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri həmçinin “Ərbəin” mərasimlərində ziayrətçilərə göstərilmiş yüksək qonaqpərvərlik və xidmətlərin edilməsi və təhlükəsizliyin təmin olunmasına görə İraq xalqı və hökumətinə və baş nazirin özünə təşəkkürünü bildiriblər

 

  • Yazılıb
  • da (də) 2023 Nov 07
  • Göndərən رضا رستمی