Tarix : 2023 Nov 07
Kod 64184

İran Xarici İşlər Nazirliyinin sözçüsü “ Sionist rejimi təhdid yaradıcı və təhdidləyici mahiyyət daşıyır”

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionist rejimin mahiyyətinin təhdid yaradıcı və təhdidləyici olduğunu bildirərək deyib ki, əgər bu rejimin tərətdiyi cinayətlər Qəzzə zolağında davam edərsə, gedişatda ciddi qarşıdurma və müharibənin əhatə dairəsinin genişlənəcəyi ehtimalı çox güclüdür.
arannews:parstoday-İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bazar ertəsi jurnalistlərlə keçirdiyi həftəlik brifinqdə sionistlərin Qəzzə zolağında davam edən qanlı cinayətləri və ürək ağrıdıcı acı hadisələri haqda danışarkən bildirib ki, “ çox təəssüflər olsun ki, bu yeni dövrün soyqırım və barbarlığı bütün dünyanın gözü qarşısında hər gün baş verir. Bu qanlı hadisələrə Amerika rejimi də daxil olmaqla bir sıra Qərb dövlətləri birgə dəstək verirlər.

İran Xarici İşlər Nazirliyinin sözçüsü sionistlərin törətdiyi cinayətlərin qara siyahısını xatırladaraq “ Qəzzada istifadə edilən partlayıcı maddələrin miqdarı və onun partlayıcı gücü Amerikanın Xirosimada istifadə etdiyi atom bombasından 1.5 dəfə daha çoxdur”- deyə bu faciənin miqyasından danışıb.

İranın diplomatik xidmətinin mətbuat katibi sionist rejimin nazirlərindən birinin Qəzzədə atom bombalarından istifadə haqda etdiyi çıxışlara da toxunaraq bildirib ki, bu rejimin vəhşi və olduqca qəddar rəftarları və onun yaratdığı bu təhlükə beynəlxalq ictimaiyyət diqqətdə saxlamalıdır. Çünki bu təhlükə Nüvə Silahlarının İstifadəsi və Yayılmasının Qadağan edilməsi haqqında Müqaviləni bir başa sual altına alır və onun zəif nöqtəsini göstərmiş olur.

Kənani İraqın baş nazirinin bu gün Tehrana səfəri haqda da danışaraq deyib ki, Qəzzədə baş verən hadisələr İraqın baş nazirinin İranın yüksək rəsmilərlə görüşündə əsas mövzulardan biri olacaq. İsrail rejiminin törətdiyi cinayətlərin həcmi və onun törədilmə miqyası bu rejimin region ölkələrinə qarşı törədə biləcək cinayətlər və təhdidlər baxımından regionun bütün hökumətləri və xalqlarına qarşı ciddi təhid olduğu bilinir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü BMT baş katibinin Yəməndəki nümayəndəsinin Tehrana səfəri barədə də deyib ki, atəşkəsin qorunması və Yəməndə müharibənin dayandırılması regional və beynəlxalq tərəflərin ciddi narahatçılığına səbəb olub və bu diqqətində saxlanılıb. BMT baş katibinin nümayəndəsinin Tehrana səfəri İran ilə regional və beynəlxalq tərəflər arasında məsləhətləşmələrin davam etdirilməsi siyasi gedişatının tamamlanmasına, atəşkəsin qorunub saxlanılmasına və möhkəmləndirilməsinə və Yəmənin blokadasına son qoyulmasına kömək etməkdir.

Kənani İran xarici işlər nazirinin siyasi müavini Əli Baqirinin Cenevrəyə səfəri və Avropa İttifaqının xarici siyasət üzrə rəhbərinin müavini Enrike Mora ilə görüşü barədə də açıqlama apararaq bildirib ki, “Bu görüş, səfərdə İranın Avropa Birliyi və Avropa Birliyi siyasi səlahiyyətliləri ilə danışıqları çərçivəsində baş verən irəliləyişlər diqqət mərkəzində saxlanılıb.

 İranın diplomatik qrumunun sözçüsü Əfqanıstan nümayəndə heyətinin səfəri və xarici işlər naziri ilə görüşü ilə bağlı bildirib ki, bu görüşün əsas mövzusu iqtisadi məsələlər təşkil edib. İranın Əfqanistanla iqtisadi və ticarət əlaqələri çoxdandır ki var. Müxtəlif səviyyələrdə rəsmilərin səfəri bu əlaqələri daha da gücləndirmək və möhkəmləndirmək məqsədi daşıyı.

  • Yazılıb
  • da (də) 2023 Nov 07
  • Göndərən رضا رستمی