Tarix : 2023 Nov 07
Kod 64185

Sionist ravvin Azərbaycan hakimiyyətini alqışladı

Azərbaycan uşaq qatillərinə kömək edir - AKTUAL
arannews:parstoday-İsrailli ravvin Mixail Finkel Bakı neftinin tədarükünə görə Azərbaycan hakimiyyətinə təşəkkür edib.
Finkel vurğulayıb: “Bakı nefti sayəsində Merkava tankları hərəkət edir və İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Qəzzə zolağında müsəlmanları bombalamaq üçün uçur”.

Qeyd edək ki, İsrail neftinin təxminən 67%-i Türkiyədən keçən Bakı-Tbilisi-Ceyhan boru kəmərindən əldə edilir.

Fars Xəbər Agentliyinin verdiyi məlumata görə, HƏMAS və sionist rejim arasında müharibənin başlaması ilə müsəlmanların və dünyadakı bütün azadlıqsevərlərin ciddi tələblərindən biri müxtəlif ölkələrin enerji ixracatının xunta rejiminə kəsilməsi olub.

İslam İnqilabının Aliməqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ötən həftə çıxışında Fələstin məsələsinə toxunaraq demişdir ki, sionist rejimə neftin ixrac yolları bağlanmalıdır və İslam hökumətləri sionist rejimlə iqtisadi əməkdaşlıq etməməlidir.

“Militarist” Telegram kanalının məlumatında isə bildirilir ki, sosial medianın ərəb və müsəlman istifadəçiləri İsrailin Qəzzədə indiki hərbi əməliyyatları zamanı belə, İsrailə neft tədarükünü davam etdirdiyinə görə Azərbaycandan narazıdırlar.

Yazıda deyilir: “Mövcud məlumatlara görə, cəmi bir neçə gün əvvəl bir milyon barrel Azərbaycan neftini daşıyan tanker İsrailin Eylat limanına doğru yola çıxıb. Azərbaycan nefti boru kəməri ilə Türkiyəyə, oradan isə dəniz yolu ilə ixrac olunur”.

Məlumatda qeyd olunur ki, son günlər Türkiyə prezidenti Ərdoğanın İsrailə qarşı sərt sözlərinin ardınca Ankarada İsrailə neft nəqlini dayandırmaq barədə çağırışlar səslənir. Bununla belə Ceyhan terminalı Azərbaycan nefti hesabına İsrailin əsas neft təchizatçısı kimi rolunu davam etdirir və onun qara qızıla olan tələbatının 67 faizi buradan təmin olunur.

 

  • Yazılıb
  • da (də) 2023 Nov 07
  • Göndərən رضا رستمی