Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri deyib: Ətraf bölgələrdə sabitlik və təhlükəsizlik İran və Türkiyə ölkələri üçün prinsipial əhəmiyyət kəsb edir və təcrübə göstərir ki, iki ölkənin əməkdaşlığı və məsləhətləşmələri regionda tarazlıq, balans və sabitliklə nəticələnir.
arannews:irna-Türkiyə Cümhuriyyətinin səfiri Hicabi Kırlanqıç Tehranda Müdafiə Nazirliyinin qərargahında olarkən Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri, briqada generalı Aştiyani ilə görüşüb və müzakirələr aparıb.
Bu görüşdə briqada generalı Aştiyani bölgədəki hadisələrə, xüsusilə sionist rejimin cinayətlərinə toxunaraq əlavə edib: Fələstin döyüşçülərinin əməliyyatları və müqaviməti onların yerli imkanları və müqavimət ruhunun nəticəsidir və bir neçə onillik sanksiyaların və təhqirin əksidir. Əl-Əqsa tufanı əməliyyatı tamamilə uğurlu Fələstin əməliyyatı kimi böyük nailiyyətləri ilə sionist rejimin qüdrətinin puç olduğunu yaxşıca ortaya qoydu.
O, çıxışının digər hissəsində Qafqazda baş verən proseslərlə bağlı dedi: Qərbi Asiya (Yaxın Şərq), Mərkəzi Asiya və Qafqaz regionu kimi ətraf regionlarımızda sabitlik və təhlükəsizlik həm İran, həm də Türkiyə üçün fundamental əhəmiyyət kəsb edir və təcrübə göstərib ki, iki ölkənin əməkdaşlığı və məsləhətləşmələri regionda tarazlıq, balans və sabitliklə nəticələnir.