Fələstin Qızıl Aypara Təşkilatı bir bəyanatda Qəzzəyə və Fələstinin şimal vilayətinə zəruri ehtiyac və yardımların göndərilməsi üçün səhiyyə və yardım sektorlarında çalışan təşkilat və orqanların təcili tədbirlər görmələrini istəyib.
arannews:parstoday-Təşkilatın bəyanatında deyilir: Sionist rejimin Qüds xəstəxanasının, onun təcili yardım bölməsi və təcili yardım orqanlarının fəaliyyətləri, həmçinin sözügedən xəstəxanadakı didərginlərə yardımı əngəlləməsinin davam etməsi, xəstəxananın xidmət göstərməsinin tam şəkildə dayanmasına səbəb olacaq. Bəyanatda bildirilibdir ki, xəstəxananın zəruri yanacaq ehtiyatı qarşıdakı qırx səkkiz saat ərzində bitəcək; nəticədə süni tənəffüs aparatları, uşaqların saxlanılması bölməsi və reanimasiya bölməsi də fəaliyyətlərini dayandıracaqlar.
Belə bir halda, Fələstin muxtariyyətinin informasiya ofisi dünən gecə xəbər veribdir ki, Qəzzə zolağındakı xəstəxana və morqlar İsrail rejiminin hücumlarının başlandığı zamandan bəri hər dəqiqədə bir yaralı, hər saatda isə on beş şəhidi qəbul edirlər.
Bu informasiya ofisi bildiribdir ki, Qəzzə zolağı hər kilometrdə orta hesabla səksən iki ton olmaqla, otuz min ton partlayıcı maddə ilə bombardman edilibdir.