İran İslam Respublikasının Prezidenti Ayətullah Seyid İbrahim Rəisi Tacikistana səfəri öncəsi deyib: “Qonşu, tərəfdaş və müsəlman ölkələri ilə münasibətlərin yüksəldilməsi xarici siyasətimizin əsas prioritetləri sırasındadır.”
arannews:irna-Rəisi Mərkəzi Asiya ölkələrinin əhəmiyyətli imkanlarına toxunaraq deyib: “Statistika göstərir ki, İran və Tacikistan arasında münasibətlərin səviyyəsi yüksəlib və 13-cü hökumətdən əvvəlkindən fərqlidir.” Özbəkistana səfərinin məqsədlərini açıqlayan Prezident deyib: “Daşkəndə səfər İqtisadi Əməkdaşlıq Təşkilatının hazırkı sədri olan Özbəkistan Prezidentinin dəvəti ilə baş tutur. İƏT-in üzvləri arasında iqtisadi əlaqə İƏT-in 16-cı Zirvə Toplantısının ən mühüm mövzusu olacaq.”