Tarix : 2023 Nov 10
Kod 64193

İran və Azərbaycan prezidentləri Daşkənddə görüşüblər

Noyabrın 9-da Daşkənddə İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşüblər.
arannews:parstoday-iran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 16-cı Zirvə Toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə görüşüb və müzakirələr aparıb.

Görüşdə İran Prezidenti Seyid İbrahim Rəisi deyib: Biz əminik ki, Azərbaycan ilə İran arasındakı münasibətlər təkcə diplomatik qonşuluq əlaqələr deyil, bu, iki xalq arasında çox dərin münasibətlərdir.

Xalqlarımız qəlbən bir-birinə yaxındır və münasibətlərimiz sarsılmazdır. Ona görə liderlərimiz də bu əlaqələrin inkişafına çox ciddi yanaşırlar.

Bu görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də çıxışının bir hissəsində deyib: Əvvəlki illərdə də biz regiondankənar qüvvələrin İranla Azərbaycan arasında dostluq münasibətlərinə müdaxilə etmək cəhdlərinin də şahidi olmuşuq. Bu cəhdlər nəticəsiz qaldı. Əminəm ki, indi də düşmənlərimiz öz məqsədlərinə çatmayacaqlar. İran və Azərbaycan bundan sonra da uğurla əməkdaşlıq edəcək və münasibətləri gücləndirəcəklər.

Qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə Toplantısı keçirilir.

İran İslam Respublikası prezidenti İƏT sammitində regiondaxili ticarətin rəvan axınının mütləq İƏT-də yaxınlaşma və uğurlu iqtisadi qarşılıqlı fəaliyyət üçün ilkin şərtlərdən biri olduğunu vurğulayıb və dedi: İnkişaf etməkdə olan iqtisadiyyatlar və  ölkələr yeni dünya nizamının təməlində rol oynamağa həmişəkindən daha qadirdirlər.

  • Yazılıb
  • da (də) 2023 Nov 10
  • Göndərən رضا رستمی