Azərbaycan Prezidenti İlham Əliyev də ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və canlandırılmasında iki ölkənin hakimiyyət orqanlarının iradəsini çox vacib hesab edib, doktor Rəisinin ölkənin ərazi bütövlüyü üzərində Azərbaycan hökumətinin suverenliyi ilə bağlı mövqelərini yüksək qiymətləndirməklə yanaşı, İran və Azərbaycan arasında anlaşma və regional əməkdaşlığı iki ölkə və iki xalqın maraqları üçün çox faydalı hesab edib.
arannews;irna-Azərbaycan Prezidenti İran və Azərbaycanın yüksəksəviyyəli nümayəndələri arasında çox tez-tez və müntəzəm təmasların olmasını iki ölkə arasında əlaqələrin davamlı inkişafından xəbər verdiyini bildirərək deyib: “Bəzi xarici dövlətlərin iki ölkə arasında münasibətləri pozmaq cəhdləri heç bir nəticə verməyib və bundan sonra da heç bir nəticə verməyəcək.” Bu görüşdə İran və Azərbaycan prezidentləri tranzit və enerji əməkdaşlığının gücləndirilməsi və bu sektorlarda qarşılıqlı əlaqələrin artırılmasını vurğulayıblar.
Doktor Rəisi və İlham Əliyev regionun təhlükəsizliyini yalnız regiondaxili əməkdaşlıqla mümkün hesab edib və Qərbin hər hansı müdaxiləsini region ölkələrinə ziyan vurması kimi qiymətləndiriblər.