Təbrizdə sionist rejimin cinayətlərinin pislənməsi toplantısı Türkiyə və İraqdan gələn qonaqların, əyalət və şəhər rəsmilərinin, Təbrizin İslami Şura Məclisindəki təmsilçiləri və müxtəlif qruplardan olan çoxlu sayda insanın iştirakı ilə Məqbərətüş-Şüəra (Şairlər Məqbərəsi) həyətində keçirildi.
Aran News-in məlumatına görə Təbrizdə sionist rejimin cinayətlərinin pislənməsi toplantısı Türkiyə və İraqdan gələn qonaqların, əyalət və şəhər rəsmilərinin, Təbrizin İslami Şura Məclisindəki təmsilçiləri və müxtəlif qruplardan olan çoxlu sayda insanın iştirakı ilə Məqbərətüş-Şüəra (Şairlər Məqbərəsi) həyətində keçirildi.
Toplantı iştirakçıları “İsrailə ölüm” şüarı səsləndirərək, sionist rejim tərəfindən Qəzzanın müdafiəsiz əhalisinin öldürülməsini pislədilər, əllərində foto və yazılar tutaraq Qazaxıstan və Azərbaycandan bu mənfur rejimə neft ixracının dayandırılmasını tələb etdilər.
İştirakçılar simvolik olaraq göyərçinləri havaya buraxmaqla Təbriz əhalisinin Qəzzə əhalisinə dəstək mesajını dünyanın müxtəlif ölkələrinə elan etdilər.
Toplantıda idmançılar, müxtəlif mədəniyyət və incəsənət kollektivləri, himn qrupları proqramla çıxış etdilər.
İştirakçılar arasında bu toplantıda açıq-aşkar görünən, İslam ölkələri olan Qazaxıstan və Azərbaycanın sionist rejimə neft ixrac etməsinə etirazın müzakirəsi idi, hansı ki, bu yaxınlarda İslam İnqilabının Ali Rəhbəri bununla bağlı xəbərdarlıq etmişdi.
Qeyd edək ki, Təbriz və Qəzzə qardaşlaşmış şəhərlərdir.