Birləşmiş Millətlər Təşkilatı Beynəlxalq Məhkəməsi Azərbaycanın Qarabağ bölgəsində Bakının hərəkətlərilə bağlı Yerevanın şikayətilə əlaqədar Ermənistanın Azərbaycana qarşı işi üzrə qərar qəbul edəcək.
arannews:parstoday-Bakı Qarabağda antiterror əməliyyatı keçirdikdən sonra sentyabrın 28-də Ermənistan təhlükəsizlik tədbirlərilə bağlı Azərbaycana qarşı yeni iddialar irəli sürüb. Ermənistanın vəsatətində 10 bənd var. Onların arasında ayrı-seçkiliyin qadağan edilməsi haqqında konvensiyaları pozmamaq; qalan erməniləri deportasiya etməkdən çəkinmək və geri qayıtmalarına mane olmamaq; sentyabrın 19-20-də Bakının nəzarətinə keçmiş şəhər və kəndlərdən silahlı birləşmələri çıxarmaq; keçmiş separatçı rejimin keçmiş nümayəndələrinə qarşı cəza tədbirlərindən çəkinmək var. Ermənistanın son iddiası üzrə dinləmələr oktyabrın 12-də keçirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Ayxan Hacızadə
Ermənistanın məhkəməyə tələblərini əsassız və absurd adlandırıb.
Qeyd edək ki, birinci Qarabağ müharibəsindən 30 il keçməsinə baxmayaraq rəsmi Bakı bu müharibə zamanı Ermənistandan deportasiya edilən azərbaycanlıların işini beynəlxalq məhkəmələrdə gündəmə gətirməyib. Həmçinin 1 milyon qaçqın və məcburi köçkün barədə də Ermənistana qarşı şikayət qaldırılmayıb. Azərbaycan Respublikası ərazilərinin 30 il müddətində işğal altında saxlanılması və bu müddətdə Azərbaycana vurulan ziyanlarla əlaqədər Kampensasiya tələbi də rəsmi Bakıdan ciddi şəkildə müşahidə olunmayıb.