Tarix : 2008 Aug 09
Kod 6421

Beynəlxalq ictimaiyyət “tam miqyaslı müharibədən” ehtiyat edir

Tsxinvali üzərində nəzarətin ələ keçirildiyi barədə Tbilisinin bəynatından bir qədər sonra Osetiya paytaxtına Rusiya qüvvələri daxil olublar
Gürcüstan Servisi/Aran Agentliyi
Tərəflərin ilk dəfə baş-başa gəldiyi ilə bağlı beynəlxalq ictimaiyyət tam miqyaslı müharibə təhlükəsindən narahatlıq keçirdiyini ifadə etməkdədir.
ATƏT hadisələrin nəzarət altından çıxa biləcəyi ilə bağlı bəyanatla çıxış edib.
ABŞ Dövlət Departamenti bildirir ki, atəşkəsi təmin etmək üçün bölgəyə öz xüsusi elçisini göndərir.
ABŞ Dövlət Departamentinin başçısı Kondoliza Rayss Tbilisiyə göndəriləcək rəsminin adı açıqlanmır.
Bundan əvvəl tanınmamış Osetiya paytaxtı ətrafında mühasirəni daraldan Gürcüstan bildirirdi ki, şəhəri tərk etmək üçün mülki əhali üçün dəhliz yaradıb.
Cümə günü Rusiyanın baş naziri “Gürcüstanın hərbi təcavüzünün" cavabsız qalmayacağını demişdi.
“Məyusedicidir ki, Cənubi Osetiyada ölən və xəsarət alanlar var. Rusiya sülhməramlıları arasında zərər çəkənlər mövcuddur. Buna, təbii ki, cavab veriləcək”, - deyib Valdimir Putin.
Ötən gecə və bu gün ərzində Tanınmamış Cənubi Osetiya paytaxtı Tsxinvalinin şiddətli artilleriya hücumuna məruz qaldığı bildirilir.
Rusiya amili
Tbilisi öz mövqelərinin Rusiya təyyarələri tərəfindən bombalandığını xəbər verir.
Televiziya ilə nümayiş etdirilən süjetdə döyüşlərin getdiyi bölgəyə yaxın olan Gürcüstanın Qori şəhəri səmasında iki Rusiya qırıcısının vurulub-salındığı göstərilib.
Bu məlumatı Rusiya tərəfi təkzi edərək "cəfəngiyat" adlandırıb.
Hər iki tərəfdən toqquşmalar nəticəsində ölən və xəsarət alanların sayı barədə ziddiyyətli məlumatlar daxil olur.
Səfərbərlik
Prezident Mixail Saakaşvili təhlükə qarşısında ümumi səfərbərlik elan edilib.
Televiziya çıxışında Saakaşvili ehtiyatda olanları çağırışçı məntəqələrinə gəlməyə çağırıb.
“Biz ölkəmizi yalnız bu yolla xilas edə bilərik”, - deyib Gürcüstan lideri.
Tbilisidə həyat öz normal axarı ilə davam edir.
Gürcüstanlı jurnalist Süleyman Əfəndinin verdiyi xəbərdə deyilir ki, hökumət əhalini təşvişə düşməməyə çağırır.
Baş nazir Lado Qurqenidze deyib ki, “Gürcüstan qüvvələri Osetiyada sülh və qayda-qanun bərpa edilənədək əməliyyat aparacaqlar.
Gürcüstan təhlilçiləri geniş miqyaslı hərbi əməliyyatın başlanmasını istisna etmirlər, çünki, onların dediyi kimi, Rusiya münaqişənin qızışdırılmasında maraqladır.

Rusiya bu ittihamları rədd edir.

  • Yazılıb
  • da (də) 2008 Aug 09