Türkiyədəki xəbər portal Ərdoğan hökumətinin İsrailə yönəlik münasibətlərində iqtisadi-ticarət amilindən bəhs edərək ounun təcavüzkar rejimlə bazarlığını faktlarla tənqid edib.
arannews:parstoday-Türkiyəli köşə yazarı Bülənt Şahin Ərdəyər Perspektiv portalı üçün qələmə aldığı məqalədə yazır: “Qəzzədəki vəhşiliklərin və bütün dünyaya canlı yayımlanan soyqırımın arxasında İsrailin Qərb dövlətləri ilə sıx əlaqələri dayanır. Lakin İsrailin bu qədər ehtiyatsız davranmasının səbəblərindən biri də müsəlman ölkələri ilə açıq və ya pərdəarxası siyasi və iqtisadi əlaqələridir. Siyasi olaraq İsrail Türkiyə, Misir, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Mərakeş, Sudan, Azərbaycan, Sinqapur və Orta Asiya Türk Cümhuriyyətləri tərəfindən qanuni dövlət kimi tanınıb. İsraillə bütün əlaqələrini kəsən yeganə ölkə isə İrandır”. Müəllif Türkiyənin 2022-ci ilin martında İsraillə diplomatik əlaqələrini normallaşdırmasına toxunaraq bildirib: “Türkiyə İsrail ilə iqtisadi əlaqələrini son 20 ildə əhəmiyyətli dərəcədə inkişaf etdirib. Türkiyə Statistika Təşkilatının məlumatlarına görə, Türkiyənin AK Partiya hökumətinin başladığı 2002-ci ildə İsrailə ixracatı 861,4 milyon dollar; onun İsraildən idxalı 544,5 milyon dollar olub. 2022-ci ildə ixrac 6,74 milyard dollara, idxal isə 2,17 milyard dollara yüksəldi. Ticarət həcmi də 1,41 milyard dollardan 8,91 milyard dollara çatıb. Buna görə ticarət həcmi son 20 ildə yüzdə 532 artdı”.
Müəllif sonda hökumətin qaniçən rejimə qarşı neft embarqosundan yayınmasını tənqid edərək yazır: “Azərbaycandakı Əliyev rejimi öz neftini Türkiyə üzərindən Bakı-Ceyhan kəməri ilə İsrailə ötürür”.