Tarix : 2023 Nov 15
Kod 64213

ABŞ-ın Suriyadakı bazalarına hücum edilib; ölənlər var

Suriyanın şərq və şimal-şərqindəki Amerika hərbi bazaları Müqvimət qüvvələri tərəfindən atəşə tutulub.
arannews:parstoday-“Əl-Məyadin” telekanalının məlumatına görə, bu hücum zamanı hərbçilər həlak olub. Hücum ABŞ-ın Suriyanın şərqindəki hədəflərə endirdiyi zərbələrə cavab olub.

Telekanalın məlumatına görə, Deyr əz-Zor əyalətindəki Koniko qaz yatağı yaxınlığındakı ABŞ hərbi bazasına 15 raket atılıb. Hədəf hərbi qərargah və silah anbarları olub.

Mənbə bildirir ki, azı 10 helikopter yaralı amerikalıları hərbi hospitalın olduğu İraqa aparıb. Ölənlərin sayı dəqiqləşdirilməyib. Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində yerləşən digər ABŞ bazası Əl-Şəddadi isə üç pilotsuz təyyarə ilə hücuma məruz qalıb. Hücumlara görə məsuliyyəti İraq İslami Müqaviməti öz üzərinə götürüb.

Əl-Məyadin başqa bir xəbərində bildirib ki, Livan Hizbullahı öz arsenalında çoxlu sayda ballistik və idarə olunan raketlər saxlayır və onların sayı düşmənin təsəvvürdən kənardır.

Telekanal sionist medialarına istinadən bildirib: “Livan Hizbullah Hərəkatının baş katibi Seyid Həsən Nəsrullah kartlarını gizlədir. Hizbullahın ballistik və idarə olunan raketlərinin sayı təsəvvür ediləndən qat-qat çoxdur.”

Sionist rejiminə aid medialar iddia ediblər ki, Hizbullahın raketləri çox yüksək dəqiqliklə Təl-Əviv və Hayfanın əsas mərkəzlərini məhv etməyə qadirdir.

 

  • Yazılıb
  • da (də) 2023 Nov 15
  • Göndərən رضا رستمی