Tarix : 2023 Nov 15
Kod 64215

Rəsmi Bakı Fransanın Ermənistana silah və hərbi texnika tədarükünə etiraz etdi

Azərbaycan XİN Fransanın Ermənistana hərbi texnika göndərməsinə münasibət bildirib.
arannews:parstoday-Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Ermənistana hərbi texnika göndərməsi ilə bağlı suala cavabında bildirib ki, özünü beynəlxalq hüququn təbliğatçısı, bölgədə sülh və sabitliyin tərəfdarı kimi təqdim edən Fransanın bu addımları regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.

Hökumət rəsmisi qeyd edib ki, Ermənistan və Fransa bölgədə silahlanmaya və hərbiləşmə siyasətinə son qoymalıdırlar.

  • Yazılıb
  • da (də) 2023 Nov 15
  • Göndərən رضا رستمی