Azərbaycan Prezidentinin xanımı “ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır” deyə, bildirərək əlavə edib: “Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür.”
arannews:irna-Prezidentinin xanımı Mehriban Əliyeva noyabrın 15-də bir neçə ölkə prezidentinin xanımlarının iştirakı ilə İstanbulda keçirilən “Fələstin üçün tək ürək” iclasında iştirak edib və Fələstin xalqına dəstək mövzusunda çıxış edib. Azərbaycanın “Report” xəbər agentliyinin məlumatına görə, Türkiyə Prezidentinin xanımının dəvəti ilə keçirilən bu görüşdə o, İsrail-Fələstin münaqişə zonasında gərginliyin miqyasının gündən-günə genişlənməsinə toxunaraq deyib ki, bu münaqişələr “daha böyük insan faciəsinə səbəb olur.”
Mehriban Əliyevə “ürək ağrısı ilə izlədiyimiz dözülməz insan iztirabları hər birimizi dərindən sarsıdır” deyə, bildirərək əlavə edib: “Bu silahlı qarşıdurmadan ən çox əziyyət çəkənlərin mülki şəxslər, xüsusilə də qadınlar və uşaqlar olması olduqca üzücüdür.”
O, “Fələstin üçün tək ürək” sammitində çıxışının davamında həlak olanların ailələrinə başsağlığı verib, yaralılara şəfa diləyib.
Azərbaycan Prezidentinin xanımı ölkəsinin münaqişələrin dərhal dayandırılmasına dəstəyinə toxunaraq, Azərbaycanın oktyabrda BMT Baş Assambleyasının hərbi əməliyyatların dayandırılması ilə bağlı qəbul etdiyi qətnaməyə müsbət səs verməsini qeyd edib.
Bu qətnamənin təsdiqi sionist rejimin hakimiyyətini qəzəbləndirmişdi.
Azərbaycan hökumətinin Fələstinlə münasibətləri gücləndirmək üçün göstərdiyi səylərə də toxunan M. Əliyeva deyib: “İnanıram ki, bu il Ramallah şəhərində ölkəmizin Təmsilçilik Ofisinin fəaliyyətə başlaması Azərbaycan-Fələstin əlaqələrinin inkişafına təkan verəcəkdir.”
O, qərəzli və ikili standartlarla böhranın daha da kəskinləşməsinə səbəb olan Fələstinlə bağlı beynəlxalq qurumların fəaliyyətini tənqid edərək belə deyib: “Ermənistanın Azərbaycana qarşı 30 il davam edən təcavüzü nəticəsində ərazilərimiz işğal olunmuş, bir milyona yaxın soydaşımız öz dədə-baba yurdlarından didərgin düşmüşdür.... Təəssüflə qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnaməsi 27 il kağız üzərində qaldı. #Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində torpaqlarını özü işğaldan azad etdi.”