Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı vəzifə müddətinin 1 il uzadılması ilə bağlı qanun layihəsi Türkiyə Parlamentində qəbul edilib.
arannews:parstoday-2020-ci ildə 44 günlük Dağlıq Qarabağ müharibəsindən sonra Azərbaycan Respublikası, Rusiya və Ermənistan liderləri noyabrın 10-da “Üclü bəyannamə” kimi tanınan sülh sazişi imzalayıb və Türkiyə və Rusiya sülhməramlı qüvvələrini Bakı və İrəvanın mübahisəli bölgəsinə, yəni “Ağdama” göndərmək qərarına gəldilər. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ordusunun Azərbaycan Respublikasında qalma müddətinin bir il uzadılmasına dair qanun layihəsini imzalayıb və təsdiq olunmaq üçün parlamentə göndərib.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə prezidentinin ölkə silahlı qüvvələrinin Azərbaycan Respublikasındakı missiyasının daha bir il uzadılması ilə bağlı qanun layihəsi parlamentdə təsdiqlənib.
Ermənistan Azərbaycan Respublikasını Dağlıq Qarabağı qanunsuz işğal etməkdə günahlandırsa da, bu qanun layihəsində bildirilir ki, Türkiyə Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq və bu ölkənin beynəlxalq qanunlara və qanuni suverenlik hüquqlarına əsaslanan “bütün hüquqlarından, o cümlədən ərazi bütövlüyündən” istifadə etməsi məqsəd ilə öz qüvvələrini bölgəyə göndərib və bu qüvvələrin missiya müddətini uzadır.
Nümayəndələrin əksəriyyətinin müsbət səsi ilə Türkiyə silahlı qüvvələrinin Azərbaycan Respublikasındakı missiyası bu il noyabrın 17-dən daha bir il uzadılıb.