Tarix : 2008 Aug 09
Kod 6423

ABŞ İranla bağlı mövqeyindən geri çəkildi

İrana qarşı sanksiyaların şiddətləndirilməsinin vaxtı çatmayıb
İran servisi/Aran Agentliyi

ABŞ-ın BMT Təhlükəsizlik Şurasındakı nümayəndəsi ölkəsinin tələsik və kəskin mövqeyindən geri çəkilməsinə münasibət bildirərək, deyib: İrana qarşı sanksiyaların şiddətləndirilməsinin vaxtı çatmayıb. Əl-Aləm telekanalının bildirdiyinə görə, Zəlmay Xəlilzad BMT TŞ-nin iclasından sonra açıq-aşkar şəkildə deyib: İranın nüvə işi haqda 6 ölkənin xarici işlər nazirləri səviyyəsində olan müzakirələr hələ də davam etməkdədir.
Xəlilzadın bu sözləri elə bir halda səsləndirilib ki, MAQATE rəhbəri Məhəmməd əl-Bəradeinin nüvə məsələləri üzrə müavini Olli Xeynonen İran rəsmiləri ilə müzakirələr aparmaq məqsədi ilə cümə axşamı günü Tehrana daxil olub. Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkin 5+1 qrupu arasında yerinə yetirilmiş razılaşma ilə bağlı yayılan informasiyalar təkzib edərək, deyib: İrana qarşı sanksiyaların yeni mərhələsinin tətbiq olunması ilə bağlı 5+1 qrupu arasında konkret bir razılaşma mövcud deyil.
Müxtəlif hesabatlarda, İranın nüvə işi ilə əlaqədar hadisələr barədə 5+1 qrupu arasında ixtilafın olması ABŞ ilə İngiltərə blokunun mənfi rol oynaması bir tərəfdən, Çin Xalq Respublikası ilə Rusiya blokunun müsbət potensialların brüruzə etməsi digər bir tərəfdən bu ixtilafların olmasından xəbər verir.

  • Yazılıb
  • da (də) 2008 Aug 09