Tarix : 2023 Nov 19
Kod 64234

“Ərdoğan yenə fürsətləri imkana çevirmək "bacarığını" nümayiş etdirir”

Azərbaycanlı fəal Türkiyə prezidentinin Qəzzə ilə bağlı mövqeyinə iradını bildirib.
arannews:parstoday-Akmaniyada mühacirətdə yaşayan Cavid Cabbarlı feysbuk üzərindən yaydığı məqadədə yazır: “Ərdoğan sözdə fələstinliləri, əməldə İsraili dəstəkləyir. Berlində, İsrail uşaq qatilidir, demək, Ərdoğanın cəsarətinin göstəricisi ola bilməz. Bir neçə fakt həqiqətin nədən ibarət olduğunu göstərir:

1. Türkiyə İsrailin müstəqilliyini tanıyan ilk müsəlman ölkəsidir

2. 1949-cu ilin mart ayından bu günə qədər kiçik istisnalarla Türkiyə-İsrail münasibətləri ancaq yüksələn xətt üzrə inkifaş edib

3. Türkiyə öz əhəmiyyətinə görə İsrail iqtisadiyyatı üçün dördüncü və ixrac istiqamətlərinə görə beşinci ticarət tərəfdaşıdır

4. 2021-ci ilin məlumatına görə, İsrailin öz məhsulunu Türkiyə bazarına ixrac etmək üçün təxminən 1540 şirkəti fəaliyyət göstərir

5. Türkiyə ilə İsrail arasındakı ticarət dövriyyəsinin həcmi 10 milyard dollardan çoxdur

6. Türkiyə üzərindən neft və digər yanacaq ehtiyatlarının İsrailə daşınması Türkiyə rəsmiləri tərəfindən dəfələrlə etiraf edilib

Müəllif bu faktları sadaladıqdan sonra sual verir:

“Bu qədər danışmaqdansa, İsraillə əməkdaşlığı dayandırmaq, yaxud məhdudlaşdırmaq daha səmərəli olmazdımı? Türkiyə və Ərdoğanın bu qədər hay-küyündənsə, əməkdaşlığı dayandırmaq daha faydalı və səmimi olmazdımı?

  •  
  • Yazılıb
  • da (də) 2023 Nov 19
  • Göndərən رضا رستمی